Qadın üç uşağını götürüb Sankt-Peterburqdan Tovuza gəldi - ƏRİ ŞİKAYƏTÇİDİR

Sankt-Peterburqdakı yerli telekanallardan birində çalışan şəxs üç uşağının yoxa çıxması ilə bağlı polisə müraciət edib.
RUBRİKA.AZ virtualaz.org-a istiandla bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Polisə şikayət edən ailə başçısı bildirib ki, evdə olmadığı müddətdə 2005, 2010 və 2013-cü il təvəllüdlü uşaqları müəmmalı şəkildə itib.
İlkin araşdırmalar zamanı ər-arvadən hazırda boşanma ərəfəsində olduqları müəyyən edilib. Polis əməkdaşları onların yaşadığı ünvandakı müşahidə kameralarına baxış keçiriblər. Kamera görüntülərində uşaqların böyük bacıları ilə birgə binadan çıxıb maşına əyləşdikləri əks olunub. Onlara heç bir güc tətbiq edilməyib.
Uşaqların anası isə övladları ilə birgə Azərbaycana, yaşadığı Tovuz rayonuna gəldiyini bildirib. Ər-arvad arasında ailədaxili narazılıqlar oluduğundan bu barədə ərinə heç nə deməyib.
RUBRİKA.AZ
Facebook-da paylaş












