Amerikalı politoloq: ABŞ Rusiyaya qarşı müharibəyə girəcək
![]()
Uitni hesab edir ki, Vaşinqtonun münaqişəni uzatmaq planı yoxdur. Amma nəyin bahasına olursa-olsun Rusiyanı məğlub etmək üçün böyük istək və əzm var...
“ABŞ Rusiyaya qarşı müharibəyə gedəcək. Yəqin ki, müvafiq qərar artıq verilib”.
bunu amerikalı politoloq Mayk Uitni The Unz Review portalına yazdığı məqaləsində deyib.
Mayk Uitninin Rusiya ilə ABŞ arasında birbaşa hərbi toqquşma perspektivlərini əks etdirdiyi məqaləsi çox bədbindir. Xüsusilə o, iddia edir ki, Ukrayna prezidenti ABŞ Konqresi qarşısında çıxış etmək üçün Atlantik okeanını keçib. Onun səfərinin əsl məqsədi geniş ictimaiyyəti Rusiya ilə münaqişədə Kiyevi dəstəkləməyə davam etmək üçün stimullaşdırmaq idi.
Mayk Uitniyə görə, bu, sadəcə olaraq piardır, varlı elitaların dünya üzərində öz hakimiyyətlərini qoruyub saxlaya bilmələri üçün tezliklə ölmələri istəniləcək gənc amerikalıları əhatə edəcək münaqişəyə dəstək toplamaq cəhdidir.
Uitni hesab edir ki, Vaşinqtonun münaqişəni uzatmaq planı yoxdur. Amma nəyin bahasına olursa-olsun Rusiyanı məğlub etmək üçün böyük istək və əzm var.
Praktiki baxımdan bu, o deməkdir ki, ABŞ eskalasiya üçün bəhanə olacaq insident yaratmalıdır. Uitniyə görə, belə bir insident Zelenskinin Vaşinqtona gözlənilməz səfəri və ya Ukraynanın bir yerində nüvə qurğusunun partlaması ilə bağlı ola bilər.
Mümkündür ki, Bayden tezliklə Ukraynaya ABŞ, Polşa və Rumıniya hərbi qüvvələrindən ibarət ABŞ-ın rəhbərlik etdiyi “könüllülər koalisiyasının” yerüstü ekvivalentində Ukraynada “uçuş qadağan zonası” yaratmaq üçün göndərilməsini təklif edəcək.
Eyni zamanda Mayk Uitni ümid edir ki, Bayden administrasiyası hələ də uçurumdan geri çəkilə bilər.
RUBRIKA.AZ
Facebook-da paylaş














