Virusa görə “Semaşko”da yatanların sayı açıqlandı
![]()
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Çindən Bakıya gəlib xəstəxanada yatan şəxslərlə bağlı məlumat yayıb.
Rubrika.Az bildirir ki, "Qafqazinfo"ya daxil olan məlumata görə, bu gün üçün KTM-in (1 saylı Kliniki Tibbi Mərkəz-"Semaşko") yoluxucu xəstəliklər şöbəsinə 6 nəfər yerləşdirilib. Çində təhsil alan 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı.
Hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq. Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunacaqlar. Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı. Sərhəd keçid məntəqəsində nəzarətdən keçərkən hərarəti normadan bir qədər yüksək olub.
Hazırda həkimlər tərəfindən müayinə edilir, ona lazımı yardım göstərilir. Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı. Hərarəti normaldır heç bir şikayəti yoxdur. Karantin müddəti bitənə qədər müayinə olunacaq. Pekində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (qız) hərarəti normaldır heç bir şikayəti yoxdur. Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul və Moskva şəhərlərindən gəliblər. Bakıda təhsil alan Çin vətəndaşına gəldikdə, o karantin müddəti bitdiyindən bu gün evinə buraxılır. Səhhətində heç bir problem yoxdur.
Rubrika.Az
Facebook-da paylaş












