Millimizə qarşı debüt etmiş futbolçu karyerasını iki ildən sonra bərpa etdi - FOTO
![]()
Uels millisinin sabiq futbolçusu Deyvid Koteril karyerasını bərpa edib.
Rubrika.Az Oxu.az-a istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi 2001-ci ildə “Şəmkir”i UEFA Çempionlar Liqasından uzaqlaşdırmış Uelsin yarımhəvəskar klubu “Bari Taun”a keçib.
Koteril 2018-ci ildə Hindistanın ATK klubuna keçsə də, həmin ilin oktyabrında karyerasını bitirmişdi.
Qeyd edək ki, Deyvid Koteril Uels millisində debütünü 2005-ci ilin oktyabrın 12-də Azərbaycan millisinə qarşı edib. Kardifin “Milenium” stadionunda Con Toşakın çalışdırdığı Uels millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən bu görüşdə 2:0 hesabı ilə qalib gəlib.
Rubrika.Az
Facebook-da paylaş








