“Qarabağ”ın futbolçuları millinin toplanışına qatılmadı ..
![]()
Bakıda təlim-məşq toplanışını davam etdirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik baş verib.
Rubrika.Az xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb.
“Qarabağ” klubunun müraciəti əsasında qarşılıqlı razılaşmaya uyğun olaraq komandanın üzvləri - İsmayıl İbrahimli və Hacıağa Hacılı hazırlıq prosesinə qatılmayıb.
Facebook-da paylaş














