Koronavirus ABŞ-Çin ticarət sazişinin gerçəkləşməsinə mane ola bilər
![]()
Koronavirus epidemiyası ABŞ və Çin arasındakı ticarət razılaşmasının birinci hissəsinin icrasına təsir göstərə bilər.
Rubrika.Az RİA Novosti-yə istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayn deyib. Onun sözlərinə görə, sazişin şərtlərinə əsasən Çin kənd təsərrüfatı məhsullarının alış həcmini artırmalıdır, lakin epidemiya bunun miqyasına təsir göstərə bilər.
Eyni zamanda Obrayn koronavirusun Çinin kənd təsərrüfatı sənayesinə ziyan vurduğunu və satınalmaların artmasının ölkə üçün zəruri tədbir olacağını vurğulayıb.
Rubrika.az
Facebook-da paylaş














