Koronavirusun dəhşətli statistikası ortaya çıxdı – Çin virusdan ölənləri yandırır (Foto)..

Çinə koronavirusa yoluxanların sayı 42 min 638 nəfər çatıb, dünya miqyasında isə bu rəqəm 43 min 90 nəfərdir.
Rublika.Az Avropa.info-a əsasən xəbər verir ki, Çin Milli Səhiyyə Komissiyası virusdan ölənlərin sayının 1016 nəfər olduğunu açıqlayıb. Çinli rəsmilər bu vaxtadək 4 min xəstənin sağaldığını və xəstəxanadan çıxdığını bildirib.
Çində virusda ölənlərin yandırıldığı krematorilərdən çıxan kükürd di oksid qazı peyk çəkilişləri ilə ilk dəfə ortaya çıxıb. Kükürd di oksidin ən çox yayıldığı yerlər koronovirusa yoluxan yerlərlə üst-üstə düşür.
Epidemiyanın başladığı 11 milyonluq Vuhan şəhərində qeyri-adi dərəcədə yüksək SO2 (kükürd di oksid) qeydə alınıb. Peyk görüntüsündə heç bir şəhərdə Vuhan qədər SO2 miqdarı görünmür. Bu kubmetr başına 1,350 mikroqram qaz düşür. Dünya Səhiyyə Təşkilatının hesablamasına görə, maksimal doza 500 ug/m-dır və bu miqdar 10 dəqiqə müddəti aşmamalıdır.
Peyk görüntüləri karantində saxlanılan Çuntsin şəhərindən məlumatların kritik səviyyədə olduğunu göstərir.
Rublika.Az
Facebook-da paylaş













