Son 1 gündə 64 nəfər öldü: Koronavirusdan ölənlərin sayı 425-ə çatdı

Ötən ilin dekabrından Çində qeydə alınan və 25 ölkəyə yayılan koronavirus nəticəsində son 1 gündə 64 nəfər ölüb.
Rubrika.Az virtualaz.org-a istinadən xəbər verir ki, beləliklə ölənlərin sayı 425-ə çatıb. Son 24 saatda 3 min çinli virusa yoluxub, bununla da virusa yoluxanların sayı 20 min 438 nəfər olub. Virusa yoluxma şübhəsi ilə daha 23 min 438 nəfər karantinə alınıb. Bu günə qədər 171 min 329 nəfər karantində olub. Honkonqda virusa yoluxan bir xəstə xəstəxanada vəfat edib. Virusa yoluxan 632 nəfər sağalaraq evə buraxılıb.
Qeyd edək ki, yeni tipli koronavirus ötən ilin dekabrın 12-də Çinin Uhan əyalətində aşkarlanmışdı. Dekabrın 31-də Uhanın Səhiyyə Komissiyası şəhərdə dəniz məhsulları bazarı ilə təmasda olan daha 27 nəfərdə "sirli" xəstəliyin aşkarlandığını, bazarın bağladığını açıqlamışdı.
Rubrika.Az
Facebook-da paylaş








