Vyetnamda bir rayon koronavirusa görə karantinə alındı..

Vyetnamın paytaxtı Hanoy şəhərinin yaxınlığında yerləşən və 10,6 min nəfər əhalisi olan Son Loy kommunası karantinə alınıb.
Rubrika.Az “VNExpress”ə istinadən xəbər verir ki, buna səbəb 7 nəfərin koronavirusa yoluxmasıdır.
Karantin fevralın 13-dən başlayaraq 20 gün davam edəcək.
Ümumilikdə ölkədə koronavirusa 16 yoluxma hadisəsi qeydə alınıb.
Rubrika.Az
Facebook-da paylaş













