Konsul koronavirus şübhəsi ilə karantinə alındı..
![]()
Çinin Yekaterinburq şəhərinə yeni təyin olunan konsulu koronavirus şübhəsi ilə karantinə alınıb.
Rubrika.Az Oxu.Az-a istinadən bildirir ki, bu barədə Rusiya Daxili işlər Nazirliyinin Yekaterinburq şəhər nümayəndəsi Aleksandr Xarlov jurnalistlərə açıqlamasında bildirib.
A.Xarlovun bildirdiyinə görə, Yekaterinburq şəhərində Çui Şaoç Çinin yeni konsulu təyin edilsə də, ona işə başlamağa icazə verilməyib.
İki həftəlik karantinə alınan konsul bu müddət ərzində evində olacaq.
Rubrika.Az
Facebook-da paylaş

















