MSK Hüseynbala Mirələmovun seçildiyi dairənin nəticələrini ləğv etdi - YENİLƏNİB
![]()
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd Fuad Abbasovun müraciətinə baxılıb.
Rubrika.Az Report-a stinadla bildrir ki, məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.
MSK üzvü bildirib ki, 21 seçki məntəqəsi üzrə pozuntular aşkar edilib:
“Ümumilikdə məntəqələrin sayı isə 40-dır”
İclasda həmin dairənin 21 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. Beləliklə, həmin dairə üzrə nəticələr ləğv olunub.
*** 17:18
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 33 saylı Xətai birinci seçki dairəsi ilə bağlı şikayətlərə baxılır.
Hazırda iclas davam edir.
Xatırladaq ki, bu dairənin lider namizədi Hüseynbala Mirələmovdur.
Rubrika.Az
Facebook-da paylaş









