ETSN-də İsrailin yeni səfiri ilə görüş keçirilib..
![]()
Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) İsrailin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Corc Dikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
ETSN-dən Rubrika.Az verilən məlumata görə, görüş zamanı Azərbaycan və İsrail Dövləti arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
Rubrika.Az
Facebook-da paylaş















