21 yaşlı Gündüzə 17 il müddətinə həbs cəzası verildi: Rusiyada qətl törədib, Bakıya qaçıb, 3 nəfəri bıçaqlayıb..

Bir nəfəri öldürməkdə, üç nəfəri isə bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb.
Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1998-ci il təvəllüdlü Gündüz Aslanovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Gündüz Aslanov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Gündüz Çingiz oğlu Aslanov əvvəiçə qətl törətməyə görə axtarışda olub. Belə ki, Gündüz Aslanov 2015-ci ildə Rusiya Federasiyasında 1992-ci il təvəllüdlü Mübariz Nadir oğlu Səlimovu aralarında yaranan münaqişə zəminində öldürüb.
2016-cı il tarixdə Gündüz Aslanov barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və axtarışa verilib.
Bundan sonra Bakıya gələn Gündüz Aslanov bir müddət burada yaşadıqdan sonra cinayət törədib. O, 2016-cı ilin dekabrında paytaxtın Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində Bakı şəhər sakinləri – 1997-ci il təvəllüdlü Fərid Quliyev və onun həmyaşıdı olan dostu, Füzuli rayon sakini Vüqar Zeynalzadə bıçaqlayıb.
Sabunçu rayon Polis İdarəsi və rayon Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyayat-axtarış tədbirləri nəticəsində Gündüz saxlanılıb. Bakıda törətdiyi əmələ görə ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə, Rusiyadakı əməli isə Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilərək ona ittiham irəli sürülüb.
Rubrika.Az
Facebook-da paylaş














