Piyada keçidində 4 nəfəri vuran sürücüyə hökm oxunub

Bakıda ağır qəza törətməkdə təqsirləndirilən İlkin Feyzullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Rubrika.Az musavat.com-a istinadla xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılıb. Prosesdə hökm oxunub. Hökmə əsasən İlkin Feyzullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən il aprelin 25-də saat 8 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində Xaçmaz rayon sakini İlkin Feyzullayev idarə etdiyi “BMW” markalı avtomobillə piyada zolağı ilə yolu keçən Bakı şəhər sakinləri Rafiq Rzayevi, Dəyanət Ağazadəni, qardaşı İlhamı və Lənkəran şəhər sakini Tamaşa Cəbrayılovanı vurub.
Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib, T.Cəbrayılova orada ölüb.
İlkin Feyzullayev saxlanılıb və ina Cinayət Məcəlləsinin 263-cü(ölümlə nəticələn yol nəqliyyat hadisəsi törətmə) maddəsi ilə ittiham verilib.
Rubrika.Az
Facebook-da paylaş














