İkimərtəbəli evdə yanğın olub..
![]()
Neftçala rayonunun Qırmızıkənd kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli, dam örtüyü qamışdan ibarət evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və içərisindəki əşyalar 90 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Rubrika.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Rubrika.Az
Facebook-da paylaş







