Qubada ikimərtəbəli ev yandı

Qubada yanğın hadisəsi qeydə alınıb.
Rubrika.az FHN-nin yaydığı xəbərə görə bildirir ki, Quba rayonu, Yelenovka kəndində ümumi sahəsi 96 m2 olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 70 m2 sahədə və 1-ci mərtəbəsinə yığılmış 600 kq ot bağlaması yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Rubrika.Az
Facebook-da paylaş













