Şabranda ikimərtəbəli ev tamamilə yanıb..

Şabran rayonunda ümumi sahəsi 280 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 140 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Rubrika.Az-a məlumat verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Rubrika.Az
Facebook-da paylaş











