Cəlilabadda yol qəzası oldu, xəsarət alan var..
![]()
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Rubrika.Az xəbər verir ki, hadisə Adnalı kəndində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində rayon sakini, 1968-ci il təvəllüdlü Bayramova Dürdanə Məhərrəm qızı xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş









