Azərbaycan Ermənistanla sərhəddə artilleriyanı işə salacaqmı -

Rubrika.Az virtualaz.org-a istinadən bildirir ki, Azərbaycan-Ermənistan sərhədində bu gün səhər saatlarında baş vermiş atışma sərhədin həmin istiqamətini qoruyan Dövlət Sərhəd Xidməti qoşunlarının itki verməsi ilə nəticələnib.
Xəbər verildiyi kimi, Ermənistan ordusunun Koti kəndi istiqamətində yerləşən mövqelərindən sərhədçilərimizin mövqeləri minaatanla atəşə tutulub, bu zaman bir sərhədçimiz şəhid olub. Ermənistan tərəfi hələlik bir hərbçisinin “yüngül yaralandığını” bildirir, itkilərini təsdiq etmir.
Lakin Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa dair qızışdırıcı, işğal edilmiş ərazilərin qaytarılmasını ümumiyyətlə istisna edən bəyanatlarından sonra düşmən ordusunun bu cür fəallaşması daha sərt, daha adekvat cavab tələb edir. Belə görünür ki, Azərbaycan ordusu və sərhəd qoşunları Ermənistanla sərhəddə daha iriçaplı artilleriyanı işə salmalı və düşmənin daha da azğınlaşmasının qarşısını almalıdır.
Rubrika.Az
Facebook-da paylaş









