67 yaşlı Putin rəsmi görüş və tədbirlər zamanı maska taxırmı?..
![]()
Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov 67 yaşlı Rusiya Prezidenti Vladimir Putinin pandemiya səbəbindən karantinə alınıb–alınmayacağı haqda danışıb.
Moderator.az-ın Yandex.ru-ya istinadla verdiyi xəbərdə deyilir ki, Moskva meri Sergey Sobyaninin 65 yaşdan yuxarı paytaxt sakinlərinin küçəyə çıxmaması haqda qərarının V.Putinə aid olmadığını ifadə edən Prezidentin sözçüsü dövlət başçısının niyə maskadan istifadə etməməsinə də aydınlıq gətirib.
Peskovun sözlərinə görə, Rusiya lideri mənzildə deyil, dövlət iqamətgahlarında yaşayıb-işləyir. Bundan əlavə, Kreml rəsmisi dövlət başçısının işinin tövsiyə sənədlərində göstərilən meyarlar xaricində aparıldığını bildirib.
“İctimai bir tədbirin keçirildiyi məkanlarda Prezidentin maska taxmasına gəlincə, həkimlərə müraciət edirik ki, bütün iştirakçılar öncədən koronavirusla bağlı testlərdən keçirilsinlər. Düşünürük ki, eyni təcrübəni bundan sonra da davam etdirəcəyik " –deyə Peskov vurğulayıb.
Rubrika.Az
Facebook-da paylaş













