Elman Nəsirovun dairəsində 2 məntəqə nəzarətə götürüldü
![]()
“68 saylı Cəlilabad kənd seçki dairəsinin 9 və 25 saylı məntəqələri normal tələblərə uyğun şəkildə işləməyib”.
Rubrika.Az Report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, həmin məntəqə seçki komissiyalarının hər ikisi ciddi şəkildə nəzarətə götürülüb: “Onlar barədə ciddi ölçü götürüləcək. Hər pozuntunun özünün adekvat cavabı olacaq. Həmin məntəqələr barədə daxil olan müraciətlər ciddi şəkildə araşdırılır”.
Rubrika.Az
Facebook-da paylaş











