Kürdəmirdə 20 yaşlı gənc süni göldə boğulub
![]()
Kürdəmir rayonunun Sovla kəndində, süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Məmmədov Balakişi Sahib oğlunun axtarışları başa çatıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Rubrika.Az bu barədə məlumat verilib.
B.Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Rubrika.Az
Facebook-da paylaş











