İranda koronavirusdan ölənlərin sayı artdı - YENİLƏNİB

İrandan koronavirus infeksiyasından ölənlərin sayı yenidən artıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin rəsmi nümayəndəsi verib.
Məlumata görə, ölkədən yoluxmadan ölənlərin sayı 14-ə çatıb.
*** 24 fevral, saat 21:27
İranda yeni növ koronavirusdan ölənlərin sayı artıb.
Bu barədə məlumatı IRNA agentliyi yayıb.
Bildirilib ki, ölkənin 10 - Tehran, Qum, Gilan, Mazandaran, Simnan, Əlborz, İsfahan, Mərkəzi, Həmədan, Xorasan Rəzəvi əyalətlərində koronavirusa yoluxma halı təsdiqlənib.
Ümumilikdə 61 nəfərə koronavirus diaqnozu qoyulub. Bunlardan 13-ü ölüb, 3-ü isə sağalıb.
Rubrika.az
Facebook-da paylaş












