Gürcüstan vətəndaşlarının İran-Azərbaycan sərhədindən hərəkəti təmin olunub
![]()
Gürcüstan hökuməti İrandan qayıdan, hazırda Azərbaycanla, həmçinin Ermənistanla sərhəddə olan vətəndaşlarını vətənə qaytarmaq üçün qonşu ölkələrlə fəal işləyir.
“Sputnik”in verdiyi məlumata görə, bu barədə baş nazir Giorgi Qaxariyanın rəhbərliyi ilə koronavirusla bağlı yaradılan idarələrarası koordinasiya şurasının növbəti iclasında danışılıb.
Bildirilir ki, həmin vətəndaşların daşınması Səhiyyə Nazirliyinin hazırladığı protokola uyğun olaraq həyata keçiriləcək.
Rubrika.Az
Facebook-da paylaş










