"Suriyadakı duruma müdaxiləmizə ehtiyac var" - Putin
Moskvada Ərdoğan-Putin görüşü başlayıb.
Rubrika.Az xarici mediaya istinadən xəbər verir ki, liderlər Suriyadakı durumu müzkirə edirlər.
Putin bildirib ki, İdlibdə vəziyyət o dərəcədə kəskinləşib ki, birbaşa müdaxiləyə ehtiyac var.
Rusiya lideri Türk hərbçilərin həlak olması məsələsinə də toxunub.
Türk əsgərlərinin həmin yerdə olduqlarından xəbərdar olmadıqlarını vurğulayıb.
Ərdoğan isə əlavə edib ki, danışıqlar İdlibdəki vəziyyətin həllinə kömək edəcək.
Rubrika.Az
Facebook-da paylaş











