Bakıda taxta emalı sexində yanğın olub
![]()
Bakıda taxta emalı sexində baş verən yanğın tam söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Rubrika.Az-a verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 104 ünvanında ümumi sahəsi 1800 m² olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərin (taxta emalı sexi, boyama sexi və bir hissəsi anbar kimi istifadə olunur) yanar konstruksiyaları və içərisində olan əşyalar 70 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Rubrika.Az
Facebook-da paylaş







