Azərbaycanlı futbolçu 4 ildən sonra yenidən Latviya klubuna qayıtdı
![]()
"Səbail" klubunun futbolçusu Orxan Qurbanlı karyerasını ölkə xaricində davam etdirəcək.
Rubrika.Az Futbolçunun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 24 yaşlı yaşlı yarımmüdafiəçi Latviyanın "Dauqavpils" klubuna keçib.
Orxan Qurbanlı mövsümün sonuna kimi icarə əsasında bu komandanın formasını geyinəcək.
Qeyd edək ki, Orxan Qurbanlı 2016-cı ildə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin formasını geyinib. Həmin vaxt "Neftçi" klubuna məxsus olan yarımmüdafiəçi icarə əsasında "Dauqavpils"də oynayıb.
Rubrika.Az
Facebook-da paylaş











