AFFA Şamaxıda tikiləcək stadionla bağlı tender elan etdi
![]()
AFFA Şamaxı şəhər stadionunun yenidən qurulması işləri ilə bağlı tender elan edib.
Rubrika.Az Report-a istinadən bildirir ki, federasiyanın saytında görüləcək işlər və arena ilə bağlı ümumi məlumatlar paylaşılıb.
Stadionun örtüyü süni olacaq, tribunaların altında soyunub-geyinmə otaqları tikiləcək.![]()
Bundan başqa, iki mini-meydan salınacaq və onların yaxınlığında paltardəyişmə otaqları inşa olunacaq.
Həmçinin, stadion ərazisində qazanxana, nasosxana, yarımstansiya və gözətçi binası tikiləcək, su çəni və generator qoyulacaq, müxtəlif santexnika işləri görüləcək.
Rubrika.Az
Facebook-da paylaş
















