FHN Siyəzəndəki yanğınla bağlı açıqlama yaydı
![]()
Siyəzən rayonunda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Rubrika.Az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 30 m² olan köməkçi tikilinin tavanı və içərisində ev əşyaları 10 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Rubrika.Az
Facebook-da paylaş










