Bakıda cibgir saxlanıldı
![]()
Martın 8-də Böyük Britaniya vətəndaşı T.Aleksandranın Səbail rayonu, Nizami küçəsində gödəkçəsinin yan cibindən “iPhone 6” markalı mobil telefonunun cibgirlik yolu ilə oğurlanması ilə bağlı polisə müracət daxil olub.
Bu barədə Rubrika.Az-a Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Ərazidə xidmət aparan Səbail Rayon Polis İdarəsi (RPİ) Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində oğurluq əməlində şübhəli bilinən - 1993-cü il təvəllüdlü, Gəncə şəhərində qeydiyyatda olan Kamran İsmayılov maddi sübutla birlikdə saxlanılaraq, Səbail RPİ 39-cu Polis Bölməsinə təhvil verilib.
Rubrika.Az
Facebook-da paylaş










