Ədalət Vəliyev daha bir partiya sədriylə görüşdü
![]()
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev siyasi partiya sədrləri ilə görüşlərini davam etdirir.
Rubrika.Az Yenisabah.az-a istinadən xəbər verir ki, şöbə müdiri bu dəfə Azərbaycan Respublikaçılar Partiyasının (ARP) sədri Subut Əsədovla görüşüb.
ARP sədri "Yeni Sabah"a açıqlamasında PA rəsmisiylə görüşdə siyasi dialoq və əməkdaşlıq perspektivlərini müzakirə etdiklərini deyib.
Rubrika.Az
Facebook-da paylaş
















