29 yaşlı şəxsə 17 il müddətinə həbs cəzası verildi: O, bacısı ilə münasibətindən şübhələndiyi şəxsi öldürməkdə suçlanır

Bakıda avtomobillə qonşusunu qəsdən vuraraq qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Rubrika.az musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 29 yaşlı Murad Baxşıyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Murad Baxşıyev 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb. 29 yaşlı Murad Baxşıyev mübahisə zamanı idarə etdiyi "VAZ 2107" markalı avtomobillə tanışı və qonşusu 1988-ci il təvəllüdlü Əliyev Rəşad Zakir oğlunu qəsdən vuraraq qətlə yetirib.
Hadisə zamanı ölən şəxsin yanında M.Baxşalıyevin bacısı Vüsalə Baxşalıyeva da olub və o da xəsarət alıb. İttihama görə, Murad bacısının mərhum Rəşadın münasibətini öyrənib. Bu məqsədlə də onu öldürmək istəyib.
Amma Murad məhkəmədə deyib ki, hadisəni təsadüf nəticəsində törədib. M.Baxşıyevə qarşı Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.
Rubrika.az
Facebook-da paylaş















