Oğurluq edən Gəncə şəhər sakini saxlanılıb
![]()
Paytaxtda mağazadan 10-dan çox mobil telefon oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Rubrika.Az-a bildiriblər ki, Nəsimi rayonu ərazisində iki mağazadan ümumilikdə 6650 manat dəyərində 14 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini R.Qasımov Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin və Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb, digər şəxsin isə şəxsiyyəti müəyyənləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Rubrika.Az
Facebook-da paylaş















