Mingəçevirdə yol qəzasında 3 nəfər xəsarət alıb - FOTO
![]()
Mingəçevirdə yol qəzası baş verib.
Rubrika.Az-ın məlumatına görə, qəza M. Maqomayev prospektində qeydə alınıb.
“VAZ 2106” və “VAZ 2115” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş














