SOCAR koronavirusa görə vətəndaş qəbulunu dayandırıb
![]()
Koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 13 mart tarixli məlumatı nəzərə alınaraq, Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) vətəndaşların qəbulu martın 29-dək dayandırılır.
Rubrika.Az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, bu dövr ərzində müraciətlər (012) 521-01-30 telefon nömrəsi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin SOCAR-ın rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resursda (www.socar.az) təqdim edilən “Email yaz” xidmətindən yararlana bilərlər.
Rubrika.Az
Facebook-da paylaş












