Ukraynada karantin rejimi mayın 11-dək uzadılıb

Ukraynada koronavirusla bağlı karantin rejimini mayın 11-dək uzadılıb.
Rubrika.Az xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin bu gün keçirilən iclasında qərar qəbul edilib.
Qeyd edək ki, Ukraynada karantin dövrü aprelin 24-də başa çatırdı. Koronavirusa yoluxmada artım müşahidə edildiyindən, onun müddətinin uzadılması qərara alınıb. Ukraynada koronavirusa yoluxma ilə bağlı pik vəziyyətin aprelin sonu mayın əvvəlində olacağı proqnozlaşdırılır.//Musavat.com
Facebook-da paylaş










