Bakıda üç maşın toqquşub - biri futbol klubuna məxsus avtobusdur
![]()
Bakıda Heydər Əliyev prospektində üç maşının toqquşması nəticəsində qəza baş verib.
Sürətlə hərəkət edən BMV markalı avtomobil idarəetməni itirərək aşıb və qarşıdakı “Mercedes” markalı avtomaşına dəyib. Həmin avtomobil isə zərbənin gücündən yoldan çıxaraq, kənarda dayanan “Keşlə” futbol klubuna məxsus avtobusa çırpılıb .
Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş













