Ukrayna Ali Radasının deputatı koronavirusa yoluxub
![]()
Ukrayna Ali Radasının deputatı Sergey Şaxov koronavirusa yoluxub.
Rubrika.Az xəbər verir ki, bu barədə məlumatı Səhiyyə Nazirliyi təsdiqləyib.
Məlumata görə, Ukraynada koronavirusa yoluxan 14-nəfərdən biri deputat S.Şaxovdur.
Ali Radadan isə bildiriblər ki, S.Şaxov parlamentin martın 16 və 17-də keçirilən iclaslarında iştirak etməyib.//AZƏRTAC
Rubrika.Az
Facebook-da paylaş










