Portuqaliyada koronavirusa daha 194 nəfər yoluxdu
![]()
Portuqaliyada koronavirusa yoluxanların sayı 642 nəfərə çatıb.
Rubrika.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Portuqaliyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, infeksiyaya ən çox 30-59 yaş arasında olan sakinlər yoluxub.
Eyni zamanda koronavirusa ən çox yoluxma ölkənin şimal bölgəsində baş verib.
Qeyd edək ki, bir müddət əvvəl 448 nəfərin yoluxduğu barədə məlumat yayılmışdı.
Rubrika.Az
Facebook-da paylaş













