Rusiyada koronavirusa yoluxanların sayı 45 nəfərə çatıb
![]()
Rusiyada koronavirusa yoluxanların sayı 34-dən 45 nəfərə çatıb.
Rubrika.Az xəbər verir ki, bu barədə operativ qərargahdan məlumat veriblər. Xəstələrin 42-si Rusiya vətəndaşı, iki nəfər Çin, bir nəfər İtaliya vətəndaşıdır. Yeni aşkar olunan xəstələr son 2 həftə ərzində İtaliya, Fransa və Avstriyada olublar. Onlardan biri xəstə adamla ünsiyyət nəticəsində yoluxub. Virusa yeni yoluxanlardan beşi Moskvada, biri Moskva vilayətində, üç nəfər Sankt-Peterburqda, bir nəfər Leninqrad vilayətində, bir nəfər Permdə qeydə alınıb.
Moskvada virusa yoluxanlardan biri yeniyetmə qızdır. Hazırda xəstəxanaya yerləşdirilən qızın martın əvvəllərində məktəbdə olduğu bildirilir.//AZƏRTAC
Rubrika.Az
Facebook-da paylaş













