Ronaldonun sevgilisi karantin qaydalarını pozdu
![]()
“Yuventus”un futbolçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes karantin qaydalarını pozub.
Rubrika.Az yenisabah.az-a istinadla xəbər verir ki, model mühafizəçilərin müşayiəti ilə alış-verişə çıxıb. Onun bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib. Azarkeşlər “İnstagram” fenomeninin bu hərəkətinin hücumçuya zərərli ola biləcəyini yazıblar.
Qeyd edək ki, Portuqaliyada əhaliyə çox vacib olmadığı halda evdən çıxmamaq tövsiyə edilib.
Rubrika.Az
Facebook-da paylaş













