Ölkədaxili qatarların hərəkəti müvəqqəti bərpa olunub
![]()
Bayram tətili günlərində bölgələrə səfər etmək istəyən sərnişinlərin müraciət və istəklərini nəzərə alaraq “Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili bütün istiqamətlərdə qatarların hərəkətini müvəqqəti bərpa edir.
QSC-nin Mətbuat katibliyi şöbəsindən AZƏRTAC-a bildirilib ki, 19-20 mart tarixlərində Bakıdan yola düşən Bakı-Böyük Kəsik, Bakı-Köçərli-Balakən, Bakı-Astara-Horadiz qatarlarına, martın 20-də isə Bakı-Gəncə sürət qatarına bir istiqamətdə bilet satışına başlanılıb.
Qatarlar martın 20-si və 21-də geriyə sərnişinsiz geri qayıdacaq.
Rubrika.Az
Facebook-da paylaş










