Koronavirusdan sağalan xəstələrin ağciyərləri bu hala düşür - Araşdırma
![]()
Çində aparılan araşdırmada virusdan sağalan xəsətələrin ağciyərlərində maye və hissəciklərlər dolu kisələr aşkarlanıb.
Yenisabah.az-a istinadən Rubrika.Az xəbər verir ki, tədqiqat nəticəsində virusdan qurtulanların orqanda qalıcı zədələrin olduğu sübut olunub.
12 nəfər ilə edilən kiçik bir araşdırmada iki və ya üç xəstənin ağciyərlərinin funksiyalarında azalma müşahidə edilib.
Honq-Konqdakı “Princess Margaret” xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin müdiri Oven Tsanq Tak-yin bəzi xəstələrin sağaldıqdan sonra ağciyər funksiyalarının 30-40% azala biləcəyini qeyd edib.
Rubrika.Az
Facebook-da paylaş












