Türkiyədə koronavirus və terror təbliğatına görə təxribat edənlərə qarşı hüquqi tədbirlər görülür
![]()
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar Türkiyədə təxribat xarakterli məlumatlar yayanlara qarşı sərt tədbirlər görülür.
AZƏRTAC Türkiyə Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, son bir həftədə bu istiqamətdə aparılan araşdırma nəticəsində 1748 mənbə müəyyən edilib. Bu mənbələrin FETÖ, PKK/KCK və İŞİD terror təşkilatlarını təbliğ etdikləri üzə çıxıb. Fəaliyyəti nəzarətə götürülən mənbələrdən 316 şəxsi və qurumsal şəbəkə hesabları üzərində araşdırmalar aparılıb. Bildirilir ki, həmin mənbələrdən həqiqətə uyğun olmayan təxribat xarakterli video və səs yazısı paylaşılıb. Məqsəd ictimaiyyət arasında xaos və qorxu yaratmaqdır. Bu cür qanunsuz fəaliyyətlərə qarşı hüquqi tədbirlər davam edir.
Rubrika.Az
Facebook-da paylaş








