Gəncədə avtomobil piyadanı vurdu
![]()
Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Avtomobil yolu qarşı tərəfə keçmək istəyən kişini (şəxsiyyəti dəqiqləşdirilir-red) vurub. Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş











