Rusiya bu ölkəni koronavirus təhlükəsi ilə “verbovka" edib? – Avropanı qarışdıran iddia...
![]()
Rusiyanın koronavirusla mübarizədə böyük itkilər verən İtaliyaya bu sahədə verdiyi kömək, daha dəqiq desək, bu ölkəyə 100 nəfər mütəxəssisdən iabrət heyət göndərməsi, Avropada birmənalı qarşılanmayıb.
Rubrika.az rus mediasına istinadən xəbər verir ki, Rusiyanın məlum humanist addımını Putinin İtaliyanı siyasi baxımdan neytralalşdırmaq, başqa sözlə desək, “verbovka etmək” cəhdi kimi qiymətləndirən iddialar meydana çıxmaqdadır. Avropa mediasında yer alan bu iddialara görə, Putin İtaliyanın indiki çətin anında ona kömək etməklə gələcəyə hesablanan strateji addım atmaqdadır. Belə ki, o, gələcəkdə Rusiyaya qarşı tətbiq ediləcək sanksiyaların uzadılması məsələsi gündəmə gələn zaman, rəsmi Romanın “veto” hüququndan istifadə edəcəyinə ümid edir.
Siyasilərin fikrincə, Putinin İtaliyaya yardımının arxasında məhz bu amil dayanır.
Xatırladaq ki, İtaliya baş nazirinin kömək çağırışından 24 saat keçməmiş Putin 100 həkim-virusoloqun laboratoriya və digər təzhizatları ilə birlikdə İtaliyaya getməsini təmin edib.
Rubrika.Az
Facebook-da paylaş












