İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı dəyişib
![]()
Nazirlər Kabineti “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nda dəyişiklik edib.
Rubrika.Az Apa-ya istinad edərək xəbər verir ki, qərara əsasən, aprel – iyun aylarında Gəncə və Naftalan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonlarında tətbiqi nəzərdə tutulan icbari tibbi sığortanın müddəti dəyişdirilib.
Bu ərazilərlə icbari tibbi sığortanın tətbiqi iyiul – sentyabr aylarına təxirə salınıb.
Rubrika.Az
Facebook-da paylaş












