Fatih Terim evə buraxıldı
![]()
Türkiyənin “Qalatasaray” klubunun koronavirusa yoluxan baş məşqçisi Fatih Terim evə buraxılıb.
Rubrika.Az “Hurriyet”ə istinadən xəbər verir ki, martın 23-dən etibarən xəstəxanda qalan 67 yaşlı mütəxəssis tədbir məqsədilə 14 gün karantində qalacaq.
Qeyd edək ki, Fatih Terimdən əvvəl "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak da koronavirusa yoluxub.
RUBRİKA.AZ
Facebook-da paylaş










