ABŞ-da koronavirusdan ölənlərin sayı 6 mini keçdi

ABŞ-da koronavirusa yoluxanların və ölənlərin sayı yenidən artıb.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu ölkədə COVID-19 infeksiyası qurbanlarının sayı 6088 nəfərə çatıb.
Hazırda ABŞ-da 245,5 min nəfər koronavirus daşıyıcısı var. Onlardan 10 min 403 nəfər sağalaraq xəstəliyə qalib gəlib.
***23:26
ABŞ-da koronavirusa yoluxanların sayı 226 min nəfərdir.
Bu barədə yerli və federal hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.
Universitetin məlumatına görə, ölkədə COVID-19 qurbanlarının sayı 5 316 nəfər təşkil edir.
Bildirilir ki, siyahıya 1 374 ölüm hadisəsi ilə Nyu-York şəhəri liderlik edir, ikinci yerdə 164 ölüm hadisəsi ilə Vaşinqton ştatının Kinq şəhəri qərarlaşıb.
Ölkədə virusdan sağalanların sayı 8 826 nəfər təşkil edir.
Rubrika.Az
Facebook-da paylaş













