Goranboyda yol qəzası baş verib, xəsarət alan var
![]()
Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Rubrika.Az-ın məlumatına görə, hadisə Ağcakənd kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində Laçın rayonunun Ərikli kənd sakini, 1983-cü il təvəllüdlü Köçəri Süleyman oğlu Şirinli ağır xəsarət alıb. O, xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş
















